AZ

Yaponiyada siyasi partiyaya süni intellekt rəhbərlik edəcək


Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyası onun “yeni lideri”nin süni intellekt olacağını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, partiyanın əvvəlki lideri Sindzi İsimaru iyulda keçirilən yuxarı palata seçkilərində partiyanın zəif çıxışı ilə əlaqədar istefa verib.
İsimaru “Dirçəlişə gedən yol” partiyasını yanvar ayında təsis edib. Partiyanın konkret siyasi platforması yoxdur və onun üzvləri öz proqramlarını formalaşdırmaqda sərbəstdirlər.
İsimarunun istefasından sonra partiyadaxili seçkilərdə qalib gələn 25 yaşlı aspirant Koki Okumura partiyanın yeni liderinin süni intellekt olacağını bildirib.
AFP-nin məlumatına görə, Koki Okumura mətbuat konfransında özünü partiyanın yeni liderinin köməkçisi adlandırıb.
Onun sözlərinə görə, sünintelekt partiyanın siyasi kursunu müəyyən etməyəcək, ancaq partiya üzvləri arasında maliyyə resurslarının bölüşdürülməsi kimi məsələlərə nəzarət edəcək.
Seçilən
20
1
yeniavaz.com

2Mənbələr