AZ

Belarus toyuqları alanların NƏZƏRİNƏ: Keyfiyyəti ilə bağlı VACİB AÇIQLAMA

Son günlər xarici ölkələrdən, xüsusilə Ukrayna və Belarusiya mənşəli toyuqlara ölkəmizdə maraq artıb. Qiymətinin nisbətən ucuz olması səbəbindən bu məhsullara tələbat kifayət qədər yüksəkdir.

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu toyuqların üstün cəhəti onların “iynəsiz, şişirdilməmiş” olmasıdır:

Buğda

“Bu ifadə o deməkdir ki, bəzi ölkələrdə olduğu kimi, tez böyütmək üçün hormon və ya su ilə şişirdilmə üsulları tətbiq olunmayıb. Ukrayna və Belarus kimi ölkələrin kənd təsərrüfatı sahəsində standartlara uyğun məhsul istehsal etməsi də alıcı inamını artırır. Onların toyuqları əsasən sənaye üsulu ilə yetişdirilsə də, Avropa bazarına uyğunlaşdırıldığı üçün müəyyən keyfiyyət tələblərinə cavab verir”.

Ekspertin sözlərinə görə, əsas məsələ idxal olunan ətin daşınma və saxlanma şəraitidir:

“Soyuq zəncirin qorunub-qorunmaması, saxlama müddəti və daşınma qaydaları çox vacibdir. Əgər bunlara riayət olunursa, keyfiyyətli hesab edilə bilər. Əks halda ucuz qiymət alıcı üçün cəlbedici olsa da, qida təhlükəsizliyi riski yaranar”.

Akif Nəsirli qeyd edib ki, bazarda artıq qiymətlərin enməsi müşahidə olunur:

“Əvvəllər bir toyuq 4 manata satılırdısa, indi 3-ü 10 manata (yəni biri təqribən 3,3 manata) təklif olunur. Bu isə 20%-ə yaxın ucuzlaşma deməkdir. Ukrayna toyuqları isə 5 manata satılır. Bir qədər bahalı olsa da, ‘təbii’ və ‘hormonsuz’ imici bəzi alıcıların diqqətini cəlb edir. Bu proses bazarda rəqabəti artırır. Yerli istehsalçılar qiyməti süni şəkildə qaldıra bilmir, çünki xarici alternativ mövcuddur”.

Ekspert hesab edir ki, ucuz idxal davamlı olarsa, yerli istehsalçıların rəqabət qabiliyyəti zəifləyə bilər:

“Dövlət bəzən daxili bazarı qorumaq üçün idxal rüsumları tətbiq edir. Amma idxal ətinin mövcudluğu alıcıların büdcəsinə uyğun gəlir və inflyasiya təzyiqlərini azaldır. Yəni, xarici toyuqların keyfiyyəti saxlanma şəraitindən asılıdır, amma qiymətlərin enməsinə və bazarda rəqabətin güclənməsinə səbəb olur”.

Seçilən
18
3
nocomment.az

4Mənbələr