AZ

Hansı vitamini hansı qidadan almaq olar?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Payızda ən çox ehtiyac duyulan vitaminlərdən biri də C vitaminidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. Onun sözlərinə görə, C vitamini immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur.

"Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür".

E.Məmmədov qeyd edib ki, payızda günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı daha çox görülür.

"Bu vitamin sümük və əzələ sağlamlığı üçün vacibdir və əsasən yumurta sarısı, balıq növləri və süd məhsullarında olur".

Qastroenteroloq onu da bildirib ki, A, E, B qrupu vitaminlərdə ehtiyac duyulanlar siyahısındadır.

"B qrupu vitaminləri, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar. Sink, dəmir və maqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar da immuniteti gücləndirir".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
bakivaxti.az

10Mənbələr