İspaniyanın paytaxtı Madriddə pauerliftinq üzrə “WRPF PHL Arena world cup IFBB 2025” keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı xüsusi dəvətlə Ramil Əhmədov edib.
Elitar divizionda təchizatsız pauerliftinqdə idmançımız 110 kq çəki dərəcəsində 835 kq nəticə ilə birinci yer və mütləq qaliblər arasında üçüncü yeri tutub.
O, oturub durma hərəkətində 312,5 kq, sinədən sıxma hərəkətində 210 kq, yerdən qaldırma hərəkətində 312,5 kq ağırlığın öhdəsindən gəlib.
Əhmədov oturub durma hərəkətində peşəkar idmançımız Vüsal Ağalarova məxsus 311 kq Azərbaycan rekordunu da yeniləyib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında IPL Dünya kubokunda aldığı zədələrlə bağlı 6 ay müalicə alan pauerliftinqçi son 3 ayda məşqlərə qayıdıb.
Ferstappendən növbəti çempionluq
Millimiz Avropa çempionatında ikinci olub
Ferstappen təsnifat mərhələsini qalib başa vurub
Millimiz Avropa çempionatının finalında
Güllə atıcılığı üzrə ölkə çempionatına yekun vurulub - FOTO