AZ

Azərbaycandan Rusiyaya jest Bakı Moskvanı dəstəklədi

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Yeddi Avropa ölkəsi UEFA-nın iclasında Rusiyanın turnirlərə tam şəkildə qaytarılmasını dəstəkləyib.

Bakupost.az “Sport24”ə istinadən xəbər verir ki, bu məsələ UEFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunub.

Məlumata görə, Azərbaycan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan, Macarıstan və Qazaxıstan Rusiya millisinin və klublarının tam şəkildə UEFA-nın bayrağı altında keçirilən turnirlərə qayıtmasını dəstəkləyib.

Həmçinin, Portuqaliya, İspaniya, İtaliya, İsveçrə, Slovakiya, Sloveniya və Çexiya məsələnin müzakirəyə açıq olduğunu, UEFA-nın razılığı olduğu təqdirdə bu varianta baxmağa hazır olduqlarını bildiriblər.

Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, o cümlədən Fransa , Almaniya, Hollandiya, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya Rusiyanın geri qaytarılmasına qarşı çıxıblar. Polşa və Baltikyanı ölkələr xüsusilə sərt mövqe nümayiş etdiriblər.

Xatırladaq ki, 2022-ci ilin fevralında Ukrayna ilə müharibənin başlanmasından sonra FIFA və UEFA Rusiyanın milli komandası və klublarını bütün beynəlxalq turnirlərdən uzaqlaşdırmışdı. Nəticədə Rusiya klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edə bilmir. Hazırda Rusiya milli komandası yalnız yoldaşlıq oyunları keçirə bilir.

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
www.bakupost.az

2Mənbələr