AZ

Trampın Çinə nə vaxt səfər edəcəyi məlum oldu » AzadMedia.az

Trampın
SCMP: Trump Çinə oktyabrın sonunda - noyabrın əvvəlində səfər edə bilər

ABŞ prezidenti Donald Tramp Çinə oktyabrın sonu - noyabrın əvvəlində səfər edə bilər. Bu barədə məlumatlı mənbələrə istinadən South China Morning Post (SCMP) qəzeti yazıb.

“Çin və ABŞ ABŞ prezidenti Donald Trampın Pekinə dövlət səfəri ilə bağlı danışıqların yekun mərhələsindədir”, - nəşr yazır.

İki mənbəyə görə, Trampın Çinə səfəri çox güman ki, oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən əvvəl və ya ondan sonra baş tutacaq.

Sentyabrın 14-də “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, Çin Trampı Pekinə dəvət edib, lakin ölkələrin ticarət məsələləri və fentanil tədarükü ilə bağlı fikirləri fərqli olduğu üçün Ağ Ev hələ də bu dəvətə cavab verməyib.

Eyni zamanda məqalədə qeyd olunur ki, Trampın Çin Xalq Respublikasının sədri Si Tsinpinlə APEC sammitində görüşməsi ehtimalı yüksəkdir, lakin bu görüşün əhəmiyyəti xeyli az olacaq.

Seçilən
22
1
azadmedia.az

2Mənbələr