AZ

Ramil Usubovun da məzun olduğu Xankəndi məktəbinin direktoru: “1030 şagirdimiz var, çox sevincliyik” FOTO+ÖZƏL

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Mən əslən Xankəndindənəm. Xankəndində fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, həmçinin də indiki Qarabağ universitetinin məzunu olmuşam, oranı fərqlənmə ilə bitirmişəm. Məlum hadisələrlə bağlı Bakıda məskunlaşmışıq. 2013-cü ildə Bakıda Sabunçu rayonunda möhtərəm prezidentimizin sərəncamı ilə açılan Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə işləmişəm. 2024-cü ildə öz arzumla, istəyimlə Ramana qəsəbəsində yerləşən məktəbdən direktor vəzifəsindən imtina edib, doğma yurduma gəlmişəm. 2024-cü il sentyabr ayının 23-də məktəb öz fəaliyyətinə başlayıb. Bu tarixdə məktəbdə 30 ildən sonra səslənməyən son zəng səslənib”.

Bunu Xankəndidə fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova deyib. O daha sonra əlavə edib:

“260 şagirdlə öz təhsilinə başlayan Xankəndi məktəbi 640 şagirdlə 2024-2025 tədris ilini başa vurdu. 2025-2026 tədris ilinin başlanğıcında artıq 1030-a qədər şagirdimiz var. İkinövbəli təhsil sisteminə keçmişik. Əlbəttə ki, öz doğma yurdunda, doğulub boya-başa çatdığın məmləkətdə işləmək, təhsil aldığın məktəbə yenidən qayıtmaq heş bir sözə sığmayan, heç bir sözlə ifadə olunmayan hissdir. Yuxularımızda səyahət etdiyimiz Xankəndiyə artıq özümüz qayıtmışıq. Bütün arzularımız çin olub. Doğma yurdumda çox xoşbəxtəm. Yenidən burada işləmək çox qürurvericidir. O hissləri ifadə edə bilmirəm. Bu hisslərə görə ölkə başçısına, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Onlar bu sevinci bizə yaşatdılar, doğma Xankəndində təhsil öz ahənginə düşdü. Gələcək üçün biz burada vətənpərvər oğullar və qızlar yetişdirəcəyik” deyə direktor bildirib.

Məktəb həm də öz fəxri məzunları ilə tanınır:

“Məktəbin məzunları arasında Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyev, Nizami Məmmədov, eks nazirimiz Ramil Usubov, İlhami Cəfərsoy, deputat Elman Məmmədov, Flora Qasımova və s. bu kimi şəxsiyyətlər var. Flora xanım həm də məktəbdə müəllim işləyib. Məktəbin müəllimlərinin şagirdlərin təhsilində, dünya görüşünün formalaşmasında əvəzsiz xidmətləri olub” deyə Cəmilə Əhmədova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
moderator.az

1Mənbələr