AZ

Maliyyə Monitorinqi Xidməti 3.31 mln. manata avadanlıq alır

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti lisenziyaların, maşın və avadanlıqların alışı üzrə tenderə start verib.

Banker.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatda bildirilir.

Layihənin ehtimal olunan dəyəri 3 milyon 307.96 min manat təşkil edir.

Tenderin dərc olunma tarixi 16 sentyabr 2025-ci il, saat 17:20 olaraq açıqlanıb. İştirakçı şirkətlər təkliflərini 15 oktyabr 2025-ci il saat 10:00-a qədər təqdim edə bilərlər.

Həmin gün eyni saatda zərflərin açılışı da nəzərdə tutulur.

 

Seçilən
16
banker.az

1Mənbələr