AZ

Çin səmasında qəza: İki uçan avtomobil toqquşub

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çində avtomobil nəhəngi "Xpeng" şirkətinin istehsalı olan iki uçan elektrikli eVTOL avtomobili toqquşub. Qəza Çançun şəhərində aviaşou məşqi zamanı baş verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "CarNewsChina" nəşri məlumat verib.

Məlumata görə, qəzadan sonra nümayiş üçün istifadə olunan hər iki cihaz yerə çırpılıb.

"İki maşın bir-birinə çox yaxın uçub və məşq zamanı toqquşub. Səlahiyyətlilər artıq hadisə yerinə baxış keçiriblər və səbəblər araşdırılır", - deyə məlumatda bildirilib.

Toqquşmadan dərhal sonra çəkilən fotolarda uçan aparatların qalıqlarından yüksələn qara tüstü əks olunub.

Hələlik insidentlə bağlı digər detallar, eləcə də toqquşma zamanı eVTOL-ların mexaniki və ya pilotsuz rejimdə olması barədə məlumat yoxdur.

Qəza nəticəsində azı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb, hazırda onun həyatı üçün təhlükə yoxdur.

Uçuş aviaşou rəsmi şəkildə başlamazdan əvvəl həyata keçirildiyi üçün ziyarətçilər arasında xəsarət alan olmayıb.

Çin səmasında qəza: İki uçan avtomobil toqquşub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
oxu.az

1Mənbələr