AZ

Türkiyədə 2 nəfəri sui qəsdlə öldürdülər

ain.az, Lent az saytına istinadən bildirir.

Türkiyədə iki nəfər qarşı silahlı hücum edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisələr Adana şəhərində qeydə alınıb.

İlk olay Yüreğir qəsəbəsində baş verib. 32 yaşlı Sedat Oyunlu mağazasının qarşısında olarkən, motosikletlə gələn iki nəfər ona atəş açıb. Yaralı halda öz avtomobilə ilə xəstəxanaya gedən Sedat Oyunlunu xilas etmək mümkün olmayıb.

Digər hadisə Seyhan qəsəbəsində qeydə alınıb. Gecəyarı evinə qalxmaq üçün binanın girişinə doğru gedən 49 yaşlı Eser Barışa naməlum şəxs yaxınlaşaraq, odlu silahdan atəş açıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun öldüyünü müəyyən ediblər.

Hər iki faktla bağlı araşdırma başladılıb. Cinayətkarların tutulması üçün axtarış aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
lent.az

1Mənbələr