AZ

Daşbulaqda salınan tut bağında Çindən idxal olunmuş 130 min ting əkilib

XOCALI, 17 sentyabr. TELEQRAF

Media nümayəndələrinə Daşbulaq kəndində salınan tut bağında görülən işlər barəsində məlumat verilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Prezidentin İzi ilə təşkil edilmiş ənənəvi mediaturda jurnalistlər Xocalı rayonunun Daşbulaq kəndində salınan və 13 hektar ərazini əhatə edən tut bağında olublar.

Tut bağı ilə tanışlıq zamanı jurnalistlərə məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, bağa Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Buarad damcılı suvarma sistemi yaradılıb.

2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

Bağda 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.

Seçilən
10
49
teleqraf.com

10Mənbələr