AZ

KİV: Kral Çarlz Trampı Ukraynanı dəstəkləməyə inandırmağa çalışacaq

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əgər o fürsətdən istifadə edib şəxsi olaraq Prezidenti Ukraynanı daha effektiv dəstəkləməyə çağırsa, təəccüblü olmaz”

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniyanın Böyük Britaniyaya səfəri zamanı kral III Çarlz təmtəraqlı qəbulla Amerika liderini Ukraynaya daha çox dəstək verməyə inandırmağa çalışacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, Prezident və birinci xanım “Britaniyanın təklif etdiyi ən böyük təmtəraq və şəraitlə” qarşılanacaqlar. Qeyd olunub ki, Tramp Vindzor qəsrində rəsmi qarşılanan ilk ABŞ Prezidenti olacaq. Bundan əlavə, ziyarət üçün ziyafətlər, fəxri müşayiətçilər və təntənəli “flypast” hazırlanıb.

Nəşr həmçinin keçmiş Britaniya diplomatına istinad edir ki, o III Çarlzın öz fikrini Trampa çatdırmaq üçün “çox vaxtının” olacağını bildirib.

“Əgər o fürsətdən istifadə edib şəxsi olaraq Prezidenti Ukraynanı daha effektiv dəstəkləməyə çağırsa, təəccüblü olmaz”, - mənbə nəşrə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
ayna.az

1Mənbələr