AZ

Tramp və Netanyahu Ağ Evdə görüşəcək

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 29-da Ağ Evdə görüşəcəklər.

Publika.az xəbər verir ki, bununla bağlı Benyamin Netanyahu mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, dünənki telefon danışıqları zamanı Tramp onu Ağ Evə dəvət edib.

Qeyd edək ki, bu, Trampın vəzifəyə gəldikdən sonra Netanyahu ilə dördüncü üz-üzə görüşü olacaq.

Seçilən
21
publika.az

1Mənbələr