AZ

Qalmaqallı serial bu tarixdə yayımlanacaq

"Ben Leman" serialının yayım tarixi bəlli olub.

Musavat.com xəbər verir ki, ekran işi sentyabrın 29-da "NOW" kanalında tamaşaçılara təqdim olunacaq.

Layihənin baş rollarını Selin Şekerci, Burçin Terzioğlu, Duygu Sarışın, Gökçe Eyüboğlu ilə Selin Şekerci canlandıracaq.

Serialın kollektivinə daha bir aktyor da daxil olub. Belə ki, serialda  Samet Kaan Kuyucu rol alacaq. O, layihədə "Ekin" obrazını canlandıracaq.

Qeyd edək ki, "Ben Leman" serialı bir müddət öncə qalmaqalla gündəmə gəlmişdi. Belə ki, ekran işində "Ümumi Cərrah Dəmir"i canlandıracaq aktyor Tayanç Ayaydın təcavüz iddialarına görə serialdan qovulmuşdu. 

Aktrisa Doğa Lara Akkaya 2022-ci ildə eyni serialda rol aldığı Tayanç Ayaydının göndərdiyi mesajları sosial şəbəkədə paylaşaraq "O, məni davamlı olaraq şifahi və yazılı şəkildə sıxışdırırdı. Bunları çəkiliş bitdikdən sonra yazdı" sözlərini əlavə etmişdi.

Könül
Musavat.com 

Seçilən
32
musavat.com

1Mənbələr