AZ

İlham Əliyev Donald Trampa təşəkkür etdi


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabındakı paylaşımına görə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” sosial şəbəkə hesabında bildirib.
“Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdəki mühüm rolunuzu yüksək qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və yeni formalaşan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu böyük dəyər kimi qiymətləndirirəm”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.
“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - Tramp yazıb.
Seçilən
16
6
yeniavaz.com

10Mənbələr