AZ

Haqqımızda nə eşitsəz, bilsəz, qulaqlarınızı bağlayın Əməkdar artist xəbərdarlıq etdi

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Əməkdar artist Fərqanə Qasımova ilk dəfə müğənni Nigar Camal ilə arasında baş verən qalmaqala münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu haqda "Rəngarəng" verilişində söz açıb.

Əməkdar artist onun adını qalmaqallarda hallandıran insanlara xəbərdarlıq edib:

"Sənətkara hörmət edən insan, onun ailəsinə də hörmət etməlidir. Sabah hər kəs üz-üzə gəlir. Məclislərdə rastlaşırıq. Əl yeri qoymaq lazımdır. O xəbərləri də mən yaymamışdım. Hamısı qondarma idi. Bunu inanmıram ki, Nigar camal da özü edib. Sadəcə arada qalmaqal yaratmağa çalışan adamlar var. Dəfələrlə demişəm ki nə Alim Qasımova, nə də ailəsinə toxunmayın. Mən də onun qızıyam. Bizim ailəmizə ürək bulandıran söhbətlər salmayın. Haqqımızda nə eşitsəz, bilsəz, yalan da olsa, doğru da olsa qulaqlarınızı bağlayın. Biz musiqiyə xidmət edən insanlarıq. Bu dəfə bunu xoş sözlərlə izah etdim, amma gələn dəfə çox guman ki, fikirlərim belə mülayim olmayacaq, sərt sözlər işlədə bilərəm".

Xatırladaq ki tərəflər arasında qalmaqal Fərqanə Qasımovanın "Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub. Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna "Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb.

N. Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib: "Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.

Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyac yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar” deyə yazmışdı.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azxeber.com

1Mənbələr