AZ

Kevin Medina: “Bu qələbə sürpriz deyil”

“Bu “Qarabağ” üçün tarixdir, möhtəşəm qələbədir”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.

O, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb: “Bütün oyunçular olaraq sevinirik. Biz bu matça hazırlaşmışdıq. Nəticədə geridönüşlə qələbə qazandıq. Düşünürəm ki, bu qələbə sürpriz deyil. Bütün oyunçularımızla düşündüyümüz bir şeydir. Biz öncədən də Lissabona qalibiyyət üçün getmişdik”.

Medina “bundan sonra gözləntilər yüksəlir, ÇL-də növbəti mərhələ haqqında düşünmək olar” sualına isə belə cavab verib: “Hazırda növbəti – “Araz-Naxçıvan”la oyuna hazırlaşırıq, onu düşünəcəyik. Çempionlar Liqası böyül turnirdir, böyük komandalar var. Biz də qələbələr istəyirik. Addım-addım getməliyik”.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr