AZ

"Azərbaycanla əlaqələr bizim üçün çox dəyərlidir" - gürcü nazir


Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalının (1tv.ge) “Cari mövzu – Maka Tsintsadze ilə” verilişində qonşu ölkələrlə münasibətlər barədə danışıb. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər nazirlikləri arasında ilk görüşə Tbilisi ev sahibliyi edib. "Biz bölgə üçün vacib olan mövzuları müzakirə etməyə hazırıq və biz bu prosesdə tərəfdaşlarımızla fəal şəkildə çalışacağıq.

Gürcüstanın üç qonşusu - Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı var, hər üç ölkə ilə əlaqələr bizim üçün çox dəyərlidir. Qlobal təhlükəsizlik məsələlərində də, ilk növbədə, əlbəttə ki, qonşularımızla münasibətlərdən danışmağa başlamalıyıq, qonşularımızla münasibətlər bizim üçün əsas prioritetdir."-gürcü nazir bildirib.

Mətləb Salahov

Seçilən
33
baki-xeber.com

1Mənbələr