AZ

İsrail və Suriya nümayəndələri Bakıda görüşəcəklər

Bu barədə "Sky News Arabia" telekanalı öz mənbələrinə istinadənməlumatyayıb. Bildirilib ki, iki ölkə arasında mübahisəli ərazilər üzrə razılaşdırılma ilə əlaqədar qarşılıqlı təkliflər irəli sürüləcək.

İsrail hökumətinin təklifi çərçivəsində:
– Suriya ərazisindəki silahsızlaşdırılmış bufer zonasının daha 2 kilometr genişləndirilməsi;
– İsraillə sərhədyanı zolaqda qoşun yerləşdirilməsinin yasaqlanması;
– Paytaxt Dəməşqin cənub-qərbindən sərhədədək Suriya təyyarələri üçün uçuşun yasaqlanması nəzərdə tutulur.

Bu şərtlər müqabilində İsrail son aylarda Suriyada ələ keçirdiyi ərazilərdən öz qüvvələrini mərhələli şəkildə çıxaracaq, amma "Şeyx dağı" adlı strateji yüksəklikdə mövcudluğunu saxlayacaq.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 8-də Suriyada 24 illik Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkənin ərazisində hərbi əməliyyatlara başlamışdı. Hökumət bildirmişdi ki, əməliyyata səbəb "İsrail dövlətinin və xalqının təhlükəsizliyinin təminatıdır".

Firudin Həmidli
AzVision.az
Seçilən
27
azvision.az

1Mənbələr