AZ

Deputat: “Artıq Bakı əhalinin yükünə dözə bilmir”

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Artıq yeni tədris ilinin başlaması ilə onsuz da nəqliyyat sıxlığı yaşayan Bakıda tıxac problemin daha da artırıb. Tıxacların yaranmasına təkcə tədrisin başlaması deyil, bir sıra digər amillər də səbəb olur. Paytaxtda çoxsaylı yeni çoxmərtəbəli binaların tikilməsi, lakin onların əksəriyyətində parklama meydançalarının ümumiyyətlə nəzərdə tutulmaması və ya az tutumlu olması avtomobillərin yol kənarında saxlanmasına gətirib çıxarır”. Bunu Demokrat.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.O bildirib ki, Bakıda bitib-tükənməyən təmir-tikinti işləri, nəqliyyat axınının düzgün təşkil edilməməsi və sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi də tıxac problemini daha da dərinləşdirir:“Mütəmadi olaraq yol infrastukturunun qaydaya salınması, sıxlığın azaldılması istiqamətində müəyyən işlər görülür. Lakin görünən odur ki, bütün bu tədbirlər gözlənilən effekti vermir.  Bakıda müşahidə edilən tıxaclar şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara – yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin yükünün azalmasına  yetərli deyil. Lakin Bakının yükünün azaldılması üçün, paytaxt dəyişikliyi də əsaslı həll deyil, bunun üçün ciddi vəsait tələb olunacaq. Doğrudur, dünya təcrübəsinə baxanda bunun baş verdiyini görürük, amma müxtəlif səbəblərdən”. Deputat qeyd edib ki, paytaxtın başqa şəhərə köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır:“Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Ümumilikdə isə paytaxtın köçürülməsi çox bahalı layihədir. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Düşünürəm ki, Bakıda tıxacın qarşısını almaq üçün dəniz üzərindən sürətli marşrut katerlərinin hərəkətinin təşkil etmək olar. Həmçinin iş saatlarının tənzimlənməsi də, bu sahədə müəyyən effekt verə bilər. Əgər regionların inkişafı təmin olunsa, paytaxtda sıxlıq da azalar. Avtomatik olaraq bölgələrə qayıdanlar çoxalar, şəhərdə avtomobil sayı da azalar. Digər çıxış yolu bəzi zavod və fabriklərin, dövlət idarələrinin regionlara köçürülməsidir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək olacaqdır. Regionlarda perspektivli sahələrin inkişafına böyük investisiyalar qoyulmalıdır ki, əhalinin ölkə üzrə bərabər balansda yerləşdirilməsi layihəsi reallaşsın.  Bakıda ekoloji, sosial, iqtisadi cəhətdən böyük yüklənmə var. Bu yükü ölkə üzrə paylaşdırmaq mümkündür. Regionlarda iqtisadiyyata  nə qədər çox invest edilsə, dəfələrlə çox gəlir verəcəkdir”. Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
demokrat.az

2Mənbələr