AZ

Bu rayonları leysan vurdu, görünüş məsafəsi məhdudlaşdı - SON DƏQİQƏ

Azərbaycanın bəzi yerlərində sentyabrın 17-si saat 9:00-a olan məlumata əsasən, arabir leysan xarakterli yağış yağır.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəranda 21, Astarada 15, Lerikdə 12, Qobustan, Şamaxı, Qəbələdə 9, İmişli, Biləsuvar, Cəlilabad, Kürdəmirdə 8, Neftçala, Yardımlı, Altıağac, İsmayıllı, Daşkəsən, Tərtər, Mingəçevir, Zərdab, Göyçay, Biləsuvar, Ağsu, Sabirabad, Naftalan, Oğuz, Yevlax, Xaltan, Gədəbəy, Sarıbaş (Qax), Ağstafa, Göygöl, Quba, Qusar, Kəlbəcər, Goranboy, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4 mm-dək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Naftalan, Göygöl, Sarıbaş (Qax), Şəmkir, Şamaxı, Qrız, Yevlax, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Seçilən
18
38
musavat.com

10Mənbələr