AZ

Tramp Böyük Britaniyaya dövlət səfərinə gəlir

ABŞ Prezidenti Donald Tramp ikinci dövlət səfəri ilə Böyük Britaniyaya gəlib. Onun çərşənbə günü Kral III Çarlzla görüşü planlaşdırılır. Vindzor qəsrində onun şərəfinə fayton gəzintisi, dövlət ziyafəti, hərbi təyyarələrin paradı və atəşfəşanlıq da daxil olmaqla mərasim keçiriləcək.

Bir gün sonra ABŞ prezidenti Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri Key Starmer tərəfindən qəbul edilərək ikitərəfli investisiya proqramları, polad və alüminium üçün rüsumlar, Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması yolları, Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək.

Starmerin sözçüsü Trampın səfərini “qlobal sabitlik və təhlükəsizlik üçün həlledici bir zamanda tarixi fürsət” adlandırıb: “Baş nazir ölkələrimizin üzləşdiyi çağırışları və dərin və misli görünməmiş əlaqələrimizdə yeni eraya başlayarkən qarşıda duran imkanları müzakirə edəcək”.

ABŞ-ın maliyyə naziri Skott Bessent və Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz Trampın gəlişi ərəfəsində London və Vaşinqton arasında əməkdaşlığı dərinləşdirmək üçün “Transatlantik İşçi Qrupu” yaradıldığını elan ediblər.

P.Əmircanov
XQ

Seçilən
56
xalqqazeti.az

1Mənbələr