AZ

Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır

Milli Məclisin deputatı Elman Nəsirov Cəbrayıldan olan bir ailənin qayıdış prosesinin gecikməsi ilə bağlı parlamentə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, ailənin geri qayıtmasının qarşısını alan səbəb kimi hazırda onların 2 otaqlı evdə yaşaması göstərilib.

“Həmin ailə bildirir ki, 30 ildən artıqdır yaşadıqları ərazidə iki otaqlı ev alıblar və bu səbəbdən doğma torpaqlarına dönüşləri gecikir. Bu, strateji məsələdir və belə hallarda daha həssas yanaşma olmalıdır,” – d Nəsirov qeyd edib.

Deputat vurğulayıb ki, Qarabağa qayıdışla bağlı qərarlar insan hüquqları və sosial ədalət prinsipləri əsasında tənzimlənməlidir.

Gülnar Nazimqızı

Seçilən
28
anews.az

1Mənbələr