AZ

Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir! - Kamaləddin Qafarov

Bakı. Trend:

2023-cü ilin yay aylarında Azərbaycanın Qarabağ bölgəsində odövrdə hələ qalmaqda olan Ermənistan silahlı qüvvələrininbirləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlifçaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizinminalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndiscəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqlarınsayının artırılması kimi hallar öz intensivliyinin pik həddinəçatmışdı. Təbii ki, bu vəziyyət bölgədə gərginliyin artmasına səbəbolmuşdu.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Ermənistan davamlı olaraq 10 noyabr üçtərəflibəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməletməkdən yayınırdı. “Erməni silahlı birləşmələri AzərbaycanOrdusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcəgenişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardantəmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribatməqsədilə yenidən minalanmasını həyata keçirir və bunun nəticəsindəhəm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilər olurdu.Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindənƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədiləəvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsisıradan çıxmış və mülki şəxslər həlak olmuşdular. Həmin gün Daxiliİşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyannəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrininkəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minayadüşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş vəyaralanmışdılar. Təbii ki, bütün bunların bir sonu olmalı idi.Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındaolduğunu və bunu həyata keçirmək üçün sahib olduğu legitimhüququndan hər an istifadə edə biləcəyini istər Ermənistanın,istərsə də aidiyyatı olan beynəlxalq təşkilatların diqqətinədəfələrlə çatdırmışdı. Lakin Ermənistan hətta II QarabağSavaşındakı acı məğlubiyyəti fonunda belə Azərbaycanınxəbərdarlıqlarına əhəmiyyət verməməkdə israrlı idi. Məhz buna görədə ölkəmiz qəti cavab tədbirlərinə əl atmaq məcburiyyətindəqaldı”.

Millət vəkili daha sonra vurğulayıb ki, Azərbaycan Ordusu Vətənmüharibəsində olduğu kimi, suverenliyin bərpası əməliyyatınıngedişində də yüksək peşəkarlıq və humanistlik nümayiş etdirmişdir:“ 2023-cü il sentyabr 19-da erməni silahlı qüvvələrinin silahlıtəxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatınmüddəalarının icrasının təmin olunması, Azərbaycan RespublikasınınKonstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə Dövlətsuverenliyinin tam bərpası əməliyyatına başlanıldı. Xüsusi qeydedilməlidir ki, ordumuz tərəfindən əməliyyatın gedişində mülkiəhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitimhərbi hədəflər sıradan çıxarılırdı. Cəmi 23 saat davam edənəməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağaməcbur oldular. Sentyabrın 28-də isə Qarabağın separatçı rejimininrəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədimzaladı. Nəticə olaraq Azərbaycan ərazisində qanunsuz yerləşənErmənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi.Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçılarınəsas rəhbərləri həbs edildi və Azərbaycanın dövlət suverenliyibütün ərazimizdə tam təmin olundu. Azərbaycan Prezidenti, MüzəffərAli Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixliSərəncamı ilə sentyabrın 20-i Dövlət Suverenliyi Günü elanedildi.”

Məqalədə:
Seçilən
10
16
az.trend.az

10Mənbələr