AZ

Elvin Cəfərquliyev: İndi qələbənin dadını çıxarmaq istəyirik

Bakı, 17 sentyabr, AZƏRTAC

Tarixi qələbə oldu.

Bu sözləri AZƏRTAC- a açıqlamasında "Qarabağ" komandasının futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunu barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Hazırda sözlərimi ifadə etmək çətindir. Möhtəşəm oyun idi. İndi qələbənin dadını çıxarmaq istəyirik".

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Seçilən
120
5
azertag.az

6Mənbələr