BAKI, 17 sentyabr. TELEQRAF
“Atamın səhhəti stabildir. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. Həkimlər atamın səhhətinin yaxşı olması üçün əllərindən gələni edirlər”.
Bunu Teleqraf-a Şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva atasının son durumundan danışarkən deyib.
Qeyd edək ki, Şair Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.