AZ

Böyük Qayıdışla bağlı qanunvericilik sistemi formalaşmalıdır – Komitə sədri

Dövlətin məcburi köçkün, qaçqınlara münasibətini əsas götürməliyik, onun üzərindən təşviqat aparmalıyıq, ictimai məlumatlandırma etməliyik.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri vurğulayıb ki, Böyük Qayıdışla bağlı qanunvericilik sistemi formalaşmalıdır.

"Dövlət başçısı deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitdə yaşayıblar. On illər ərzində yerli insanlarımız ilə hər şeylərini itirmiş məcburi köçkünlər ətlə dırnaq kimi bir-birinə bağlı yaşayıblar. On illər ərzində bu dövlət "torpaqları azad etməyəcək" deyənlər, indi də "o torpağı köçkünlərə verməyəcək" sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər".

Seçilən
48
4
day.az

6Mənbələr