İndoneziya və Avropa İttifaqı (Aİ) Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqları yekunlaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İndoneziyanın İqtisadi Məsələlər üzrə Əlaqələndirici Naziri Aylanqqa Hartarto Reuters agentliyinə açıqlayıb.
Razılaşmanın sentyabrın 23-də Balidə imzalanacağı gözlənilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daha əvvəl tərəflərin fundamental siyasi razılaşmaya nail olduqlarını bildirmişdi.
Qeyd edək ki, Cakarta və Brüssel arasında danışıqlar 2016-cı ildən davam edirdi.