AZ

Media nümayəndələri “Prezidentin izi ilə” Xocalıya səfər ediblər

XOCALI, 17 sentyabr. TELEQRAF

Media nümayəndələri "Prezidentin izi ilə" təşkil edilmiş səfər çərçivəsində Xocalı rayonundaolub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, jurnalistlər ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 sentyabr tarixindəolduğu Xocalı rayon Şuşakənd kəndində olub.

Təşkil edilən səfər çərçivəsində Media nümayəndələrinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verərək bildirib ki, Kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Həmçinin məlumatda qeyd edilib ki, Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb.

Qeyd edək ki, bu kənd də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

Seçilən
13
teleqraf.com

1Mənbələr