AZ

Azərbaycan yalnız Bakıdan ibarət deyil Deputat

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“Vətəndaşlarımızın çoxu Bakıya üz tutur. Bunun da bəzi səbəbləri var və biz o problemləri aradan qaldırmalıyıq. Azərbaycan yalnız Bakıdan ibarət deyil”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

“Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Bu, ciddi bir məsələdir. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik. Bu da yaxşı hal deyil”, - deyə deputat bildirib.

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
unikal.az

3Mənbələr