AZ

Portuqaliyada tarixi qələbə qazanan "Qarabağ" Vətənə qayıdıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.

Ölkə.az-ın məlumatına görə, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndləri, jurnalistlər və azarkeşlər qarşılayıblar. 

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Seçilən
12
3
olke.az

8Mənbələr