AZ

"Qarabağ"dan Benfika səfərində tarixi geridönüş – 3:2!

"Qarabağ"dan

Azərbaycan çempionu Lissabonda ilk iki qolla geri düşdü, amma möhtəşəm qələbə ilə UEFA Çempionlar Liqasına səsli start verdi.UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Qarabağ" Portuqaliyada "Benfika"ya qarşı keçirdiyi oyunda 3:2 hesabı ilə tarixi qələbə qazanıb. Lissabondakı "Eştadiu da Luş" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri oyunun əvvəlində üstünlüyə nail olublar. 6-cı dəqiqədə Entso Barrenеçеa, 16-cı dəqiqədə isə Vanqelis Pavlidis qol vuraraq "Benfika"nı 2:0 hesabı ilə önə keçirib. Buna baxmayaraq, Qurban Qurbanovun komandası geridönüş edə bilib. 30-cu dəqiqədə Leandro Andrade fərqi azaldıb, 48-ci dəqiqədə isə Kamilo Duran hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini həll edən qolu 86-cı dəqiqədə Aleksey Kaşuk vurub. Bu qələbə "Qarabağ" üçün UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə qazandığı ilk qələbə kimi tarixə düşüb. Növbəti oyununu isə Azərbaycan təmsilçisi oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı keçirəcək.Ulusum.az

Diqqət Çəkənlər

Şirin bir ləzzət axtarırsansa, "Islak Kek" sənin üçündür!

Məktəb mövsümündə uşaqlar necə qidalanmalıdır? Pediatrdan valideynlərə vacib tövsiyələr

Kürşad Zorlu: “Zəngəzur dəhlizi Türk dünyasının strateji inkişaf yoludur”

Seçilən
25
ulusum.az

1Mənbələr