AZ

Lassa qızdırması can almağa davam edir: 162 ölü

Nigeriyada heyvandan insana keçən Lassa qızdırması səbəbindən bu il ölənlərin sayı 162-yə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxt Abuca ilə yanaşı 21 ştatda da yoluxma halları artmaqda davam edir.

Qurumun açıqlamasına görə, avqustun 25-dən 31-dək 10 yeni yoluxma faktı qeydə alınıb. Bununla da 1 yanvar-31 avqust tarixlərində ümumi yoluxma sayı 871 nəfərə, ölüm halları isə 162-yə çatıb.

Mərkəz həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə yoluxma sayının daha az olduğunu, lakin xəstəliyin daimi təhlükə yaratdığını bildirib. Ötən il ölkədə Lassa qızdırması səbəbindən 190 nəfər həyatını itirmişdi.

Xatırladaq ki, Nigeriya hökuməti 2019-cu ilin yanvarında Lassa qızdırmasına görə fövqəladə vəziyyət elan etmişdi.

Nuriyyə NATİQQIZI

Seçilən
10
redaktor.az

1Mənbələr