AZ

Messi komandasına yenə qələbə qazandırdı – VİDEO

ABŞ-ın Florida ştatının "Fort Lauderdeyl" şəhərində MLS-in adi mövsümündə "İnter Mayami" və "Sietl Saunders" komandaları arasında matç başa çatıb.

Bizim.Media xəbər verir ki qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 12-ci dəqiqədə argentinalı hücumçu Lionel Messinin ötürməsi ilə meydan sahiblərinin ispaniyalı müdafiəçisi Jordi Alba  açıb.

41-ci dəqiqədə Messi Albanın ötürməsi ilə Mayami komandasının hesabdakı fərqini artırıb.
 

52-ci dəqiqədə yamaykalı müdafiəçi Yen Frey komandanın üçüncü qolunu vurub. Qonaqlar vurulan qollardan yalnız birinə cavab verə biliblər - 69-cu dəqiqədə yarımmüdafiəçi Obed Varqas təsəlli qoluna imza atıb.


"İnter Mayami" 27 matçda 49 xal qazanaraq MLS-in turnir cədvəlində 5-ci yerə yüksəlib. 29 matçda 45 xal toplayan "Siettl Saunders" dördüncü yerdə qalıb.


Bizim.Media

Seçilən
86
2
bizim.media

3Mənbələr