ain.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika”nın qonağı olub. Oyunun əvvəlində 0:2 hesabı ilə geri düşən təmsilçimiz möhtəşəm geridönüşlə meydandan qələbə ilə ayrılıb – 3:2.
Ağdam təmsilçisi bu qalibiyyətlə büdcəsini də xeyli zənginləşdirib. Belə ki, UEFA ÇL-də hər qələbəyə görə komandalara 2,1 milyon avro mükafat (4 milyon 200 min manat) ödəyir. “Köhlən atlar” da “Benfika”nı məğlub etdiyi üçün bu vəsaiti əldə edəcək.
Xatırladaq ki, Azərbaycan çempionu 2-ci turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.