AZ

Rusiya 1917 ci ilin fevral inqilabı dövrünə qayıda bilərmi?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Forbes” jurnalı yazıb ki, Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbə endirmə kampaniyası var. Bu kampaniya Rusiyanı təkcə əsas maliyyə mənbəyindən məhrum etmir, həmçinin 1917-ci il fevral inqilabı dövründə rus cəmiyyətində sabitliyin pozulduğu kimi, Rusiyanın arxa cəbhəsində də ictimai-siyasi sabitliyi pozur.

Məqalədə, həmçinin deyilir ki, Rusiyanın bu cür həssas nöqtələrinə hələ 2023-cü ilin sonunda zərbə endirməyə cəhdlər olunub:

“Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyatlanaraq, Kiyevin bu strategiyasına veto qoymuşdu. 2025-ci ilin yayından isə Ukrayna Rusiyanın neft emalı zavodları və neft kəmərlərinə qarşı yenidən zərbələr endirir.

Ancaq Vaşinqton belə zərbələrə artıq qarşı çıxmadığı üçün hücumlar əhəmiyyətli nəticələr verdi. Müxtəlif mənbələrin məlumatına görə, Rusiya neft emalı potensialının 17%-dən 20%-dək hissəsini itirib”.

Jurnal onu da yazıb ki, Kiyevin hücumları Rusiyanın daxili bazarında yanacaq qıtlığına və qiymət artımına səbəb olub. Rusiya artıq yanacaq ixracına qadağa qoyub.

Bəs bunun davamı nə ola bilər?

Ukrayna həqiqətən də Rusiyanı 1917-ci ilin fevral inqilabı dövrünə qaytara bilərmi?

Ümumiyyətlə, Rusiya büdcəsinin əsas gəlir mənbəyi neft-qaz satışıdır. Əgər emal gücünün 20%-ə yaxın hissəsi sıradan çıxıbsa, bu, həm daxili bazarda yanacaq qıtlığı, həm də ixrac gəlirlərində ciddi azalma deməkdir. Rusiyanın ixracına qoyulan məhdudiyyətlər dünya bazarında qısamüddətli qiymət dalğalanmasına səbəb olsa da, indi ABŞ-nin Ukraynanın strategiyasına veto qoymaması göstərir ki, Qərb artıq bu təzyiqi idarə edə biləcəyinə inanır.

Üstəlik, digər məqamlar da var. Məsələn, 1917-ci il Fevral inqilabında əsas faktor daxili qıtlıq, bahalaşma və müharibənin yaratdığı yorğunluq idi. İndiki vəziyyətdə isə Ukraynanın hücumları nəticəsində Rusiya daxilində yanacaq çatışmazlığı, qiymət artımı və logistikanın çətinləşməsi baş verə bilər.

Əslində, burada inqilab ssenarisi yazmaq üçün tezdir və ümumən bu ehtimal azdır. Çox yəqin, proseslər uzun müddət sosial narazılıqlarla bitəcək. O cümlədən hakimiyyətdaxili “klanlar”-da güclənə bilər.

Əlbəttə, məsələ həm də Ukraynanın məqsədidir. Ukrayna Rusiyanı tam olaraq 1917-ci ilin ssenarisinə qaytara bilməz. Bu, hazırda real görünmür. Ancaq taktika özü yaxşıdır. Məsələn, bu strateji gedişdə Rusiya məcbur olaraq ixracı dayandırır, bu da həm valyuta gəlirlərini azaldır, həm də müttəfiqlərinə qarşı öhdəlikləri çətinləşdirir.

Bir sözlə, prosesləri yekun olaraq qiymətləndirmək hazırkı şəraitdə çox çətindir.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
icma.az

1Mənbələr