AZ

Göytəpə şəhərində yeni asfalt örtüyü vurulan küçələrə baxış keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində bütün bölgələrimiz, o cümlədən də Cəlilabad rayonu gündən-günə abadlaşır. Bir neçə ildə Cəlilabadda aparılan abadlıq işləri bunun bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, Göytəpə şəhərində nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Bu günlərdə Cəlilabad RİH-in başçısı Rafiq Cəlilov yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Göytəpə şəhər ərazisində Rövşən İsmayılov, İnqilab Niftullayev, Yusif Məmmədəliyev və Akif Xanışov küçələrində asfaltlanma işlərinə baxış keçirmişdir.

Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini tapşırıb, aidiyyəti üzrə tövsiyələrini verib. 

"Azərbaycan"

Seçilən
53
azerbaijan-news.az

1Mənbələr