AZ

Rusiya bu payızda daha iki hücum əməliyyatı hazırlayır Zelenski

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya işğalçı qüvvələri bu payızda daha iki hücum əməliyyatına hazırlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Sky News" telekanalına müsahibəsində bildirib.

“Məncə, biz çox yaxşı hərəkət etdik və iki hücum əməliyyatının qarşısını tamamilə aldıq. Üçüncüsü, məncə, düzünü desəm, bir-iki gün çəkəcək və biz başa düşəcəyik ki, onlar ağır itkilər verib, uğursuzluğa düçar olublar. Ancaq bunu açıq şəkildə söyləmək üçün mənə daha bir-iki gün lazımdır”, - deyə dövlət başçısı cəbhə xəttindəki vəziyyəti təsvir edərək əlavə edib.

Zelenskinin sözlərinə görə, rus işğalçıları üçün işlər gözlədiklərindən də pis olub. “Mən belə deyərdim: onlar Putinə bildirdiklərindən qat-qat pis işləyirlər, Putinin bundan xəbəri yoxdur. Məncə, o, bunu dərk etmir. Amma təbii ki, qrafiklər var, hesabatları var. Nə vaxtsa o, bütün bunları görəcək”, - deyə prezident qeyd edib.

"Reuters" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya NATO tərəfindən ödənilən ilk hərbi yardım paketini təsdiqləyib. Bu, ABŞ və müttəfiqləri tərəfindən NATO ölkələri hesabına Ukraynanı ABŞ ehtiyatlarından silahlarla təmin etmək üçün hazırlanmış yeni mexanizmdən ilk istifadə olacaq. Yardım tezliklə göndərilə bilər.

Bu arada “Forbes” yazır ki, Rusiya Donetsk vilayətində Pokrovska həlledici hücuma hazırlaşır. Bunun üçün düşmənin güc topladığı qeyd edilir. Təhlilçilər hesab edir ki, ruslar şəhəri tez bir zamanda ələ keçirə bilməyəcəklər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
icma.az

1Mənbələr