AZ

"Real" və "Tottenhem"dən qələbə, "Yuventus" "Borussiya" ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün start veriləcək.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" səfərdə "Benfika"nın qonağı olub və rəqibi üzərində əmzkar qələbə qazanıb.

Ağdam təmsilçisinin rəqiblərindən İspaniyanın "Atletik" klubu doğma meydanda İngiltərə "Arsenal"ını qəbul edib.

Görüş London klubunun 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Niderlandın PSV klubu evdə Belçikanın "Yunion"unu qəbul edib və gözlənilməz məğlubiyyətə üzülüb.

İspaniyanın "Real Madrid" klubu doğma meydanda Fransanın "Marsel"i ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

İngiltərənin "Tottenhem" klubu evdə "Vilyarreal"ı qəbul edib və minimal hesabla qalib gəlib.

İtaliyanın "Yuventus" klubu isə doğma meydanda Almaniyanın "Borussiya Dortmund" klubunu qəbul edib. Səkkiz qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

16 sentyabr

20:45. PSV (Niderland) - "Yunion" (Belçika) - 1:3

Qollar: P.David, 9, (pen), A.El Hadji, 39, K.Mak Allister, 87, R.van Bommel, 90

20:45. "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2

Qollar: Q.Martinelli, 72, L.Trossard, 87

23:00. "Real" (İspaniya) - "Marsel" (Fransa) - 2:1

Qollar: T.Veah, 22, K.Mbappe, 29, (pen), 81, (pen)

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) -2:3

Qollar: E.Barreneçea, 9, V.Pavlidls, 16, L.Andrade, 30, C.Duran, 48, A.Kaşuk, 86

23:00. "Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:4

Qollar: K.Adeyemi, 52, K.Yıldız, 63, F.Nmeça, 65, D.Vlahoviç, 67, Y.Kuto, 74, R.Bensebaini, 86, (pen), D.Vlahoviç, 90+4, L.Kelli, 90+6

23:00. "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:0

Qollar:L.Junyor, 4

Seçilən
60
90deqiqe.az

1Mənbələr