AZ

Arina Sabalenka qazandığı “Böyük Dəbilqə” kuboklarını nümayiş etdirib FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dördqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünyanın bir nömrəli raketkası belaruslu tennisçisi Arina Sabalenka sosial şəbəkədə bütün əsas kubokları ilə foto paylaşıb.

İdman.biz bildirir ki, Sabalenka ilk “Böyük Dəbilqə” çempionluğunu 2023-cü ildə “Australian Open” yarışında qazanıb. 2024-cü ildə titulunu qoruyub və həmçinin “US Open”in qalibi olub.

Bu mövsüm belaruslu keçənilki titulunu qoruya bilib və dördqat “Böyük Dəbilqə” qalibi olub. Həlledici görüşdə Arina amerikalı Amanda Anisimovaya qalib gəlib.

Nyu-Yorkdakı kubok Sabalenkanın karyerasında 21-ci, 2025-ci ildə isə dördüncüdür.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
1
icma.az

2Mənbələr