AZ

Vardanyan məhkəmədə Paşinyanın dindirilməsini xahiş etdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 16-da davam etdirilib.

Keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. 

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib.

Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək “ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin – Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin dindirilməsini” xahiş edib.

Müdafiəçi Avraam Berman vəsatəti müdafiə etdiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki, təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. Bundan başqa, müdafiə tərəfinin iştirakı ilə məhkəmə baxışında tədqiq edilməli olan sübutların siyahısı, eləcə də sübutların tədqiq olunma ardıcıllığı artıq müəyyən edilib. Qəbul edilmiş qərara əsasən prosesin hazırkı mərhələsində ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunur. O səbəbdən dövlət ittihamını müdafiə edən prokurorlar vəsatətin baxılmamış saxlanmasını xahiş ediblər.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd olunmasını məhkəmədən xahiş ediblər.

İşə baxan hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə baxışında sübutların tədqiq olunma ardıcıllığı ilə bağlı qərarın qəbul olunduğunu, həmin qərar qəbul olunmazdan əvvəl müdafiə tərəfinin də mövqeyinin nəzərə alındığını vurğulayaraq, vəsatətin baxılmamış saxlandığını qeyd edib və bu vəsatətin gələcəkdə yenidən verilməsinin mümkün olduğunu təqsirləndirilən şəxsə və onun müdafiəçisinə bildirib. \\Yenisabah.az

Seçilən
12
4
hurriyyet.az

10Mənbələr