AZ

Çempionlar Liqası: “Qarabağ” ”Benfika” üzərində tarixi qələbə qazandı - YENİLƏNDİ

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu keçirilib.

News24.az xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi tarixi qələbə qazanıb - 3:2.

Qurban Qurbanovun komandasından Leandro Andrade (30-cu dəqiqə), Kamilo Duran (48) və Aleksey Kaşuk (86) fərqləniblər.

Meydan sahibinin heyətində isə Enzo Barreneçea (6), eləcə də Vanqelis Pavlidis (16) adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 1-də evdə Danimarka “Kopenhagen”inə qarşı keçirəcək.

***

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda növbəti qol vurulub.

News24.a xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisinin hücumçusu Aleksey Kaşuk fərqlənib.

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda hesab bərabərləşib. hissə başlayıb.

News24.az xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisinin hücumçusu Kamilo Duran fərqlənib.

***

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda üçüncü qol vurulub.

News24.az xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşün 30-cu dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andrade adını tabloya yazdırıb.

***

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda növbəti qol vurulub.

News24.az xəbər verir ki, paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində “Benfika”nın hücumçusu Vanqelis Pavlidis fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.

News24.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.

6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

***

Portuqaliyada “Benfika" və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu start götürüb.

News24.az xəbər verir ki, görüş paytaxt Lissabondakı "Da Luj" stadionunda təşkil olunur.

UEFA Çempionlar Liqası

Əsas mərhələ, I tur

16 sentyabr

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 0:0 (BİRİNCİ HİSSƏ)

Hakimlər: Erik Lambrexts, Co De Vayrdt, Kevin Monteni, Natan Verbumen

VAR: Bram Van Drişşe (hamısı Belçika)

VAR köməkçisi: Fedayi San (İsveçrə)

Lissabon, "Da Luj" stadionu.

Seçilən
39
2
news24.az

5Mənbələr