ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropadakı NATO müttəfiqlərinin maliyyələşdirdiyi, ümumi dəyəri 500 milyon dollar olan iki hərbi yardım paketini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, silahlar ABŞ-nin hərbi anbarlarından göndəriləcək.
Nəşr qeyd edir ki, hər iki yardım paketi yaxın vaxtlarda Kiyevə təhvil verilə bilər.