ain.az bildirir, Turkstan.az portalına istinadən.
Rusiya prezidenti Vladimir Putin Belarus və Rusiyanın birgə keçirdiyi “Zapad 2025” hərbi təlimindən sonra hərbi rəsmilərə və xarici hərbi müşahidəçilərə təşəkkürünü bildirib.Turkustan.az xəbər verir ki, TASS-ın məlumatına görə, Vladimir Putin Rusiyanın müdafiə naziri Andrey Belousovla yanaşı, hərbi və diplomatik rəsmilərlə görüşüb."İştirakınız üçün hamınıza təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, bu, peşəkar baxımdan sizin üçün faydalı oldu. Bu, ölkələrimiz arasında yüksək səviyyəli etimadın yaradılması üçün çox faydalıdır", - Putin bildirib.Vladimir Putin rus ordusunun inkişafına da işarə edərək, “Rusiya ordusunun müasir hərbi döyüş təcrübəsi əsasında özünü necə inkişaf etdirdiyini gördünüz” deyib.Putin təlimdə istifadə edilən silahların sərgiləndiyi əraziyə də baş çəkib.65 lövhənin iştirakı ilə 405 adda məmulatın sərgiləndiyi ərazidə çoxlu müxtəlif silah növlərinə rast gəlindiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.