AZ

Avropa Komissiyası Çexiyanın hava hücumundan müdafiə texnologiyalarını yüksək qiymətləndirib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Praqa, 16 sentyabr, AZƏRTAC

Avropa Komissiyası çex Eagle.one robotlaşdırılmış sistemini Avropa İttifaqının vəziyyəti haqqında hesabatına daxil edərək, onu qeyri-qanuni pilotsuz aparatlara qarşı mübarizə sahəsində qabaqcıl həllərdən biri kimi qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Fly4Future” şirkəti ilə birgə işlərdə iştirak edən Praqadakı Çexiya Texniki Universiteti yayıb.

Eagle.one sistemi hava məkanında dronları zədələmədən tutmaq üçün süni intellektdən istifadə edir. Cihaz şəbəkədən istifadə edərək “hava məkanını pozanların” qarşısını alır və əlavə araşdırma üçün onları təhlükəsiz yerə çatdırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr