İsrail ordusu Yəməndən raket atdığını qeydə alıb.
AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, ölkənin bəzi bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Raketin ələ keçirildiyi bildirilir və hazırda tələfat və dağıntılar barədə məlumat olmadığı vurğulanır.
Atışma İsrail ordusunun Yəmənin Hodeyda limanına yeni zərbələr endirməsindən qısa müddət sonra baş verib. Bildirilir ki, həmin zərbələrin hədəfi “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus hərbi obyektlər olub.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz Yəmənə endirilən zərbəni şərh edərkən bunun husilərin dəniz və hava blokadasını gücləndirmək məqsədi daşıdığını bildirib. O, həmçinin husilərin hər hansı cavab hücumundan sonra Yəmən ərazisinə yeni zərbələrin endiriləcəyi barədə xəbərdarlıq edib.