BAKI, 16 sentyabr. TELEQRAF
2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveçə 1:11 hesabı ilə məğlub olan Moldova millisinin baş məşqçisi Sergey Kleşşenko istefaya göndərilib.
Teleqraf xəbər verir ki, onu yerli mütəxəssis Lilian Popesku əvəzləyib.
O, Moldovanın “Petrokub” komandasını tərk edərək gənclərdən ibarət komanda ilə (19 yaşadək futbolçular) çalışacaq. Onun namizədliyi çərşənbə axşamı Moldova Futbol Federasiyasının icraiyyə komitəsi tərəfindən təsdiqlənib.
1:11 hesablı oyun Moldova millisinin tarixinə ən böyük məğlubiyyət kimi düşüb.