Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
...Çeçenistanın Milli Siyasət Nazirliyinin rəhbəri Əhməd Dudayev müğənni Alla Puqaçovanın özünü elan etmiş Çeçenistan İçkeriya Respublikasının birinci prezidenti Coxar Dudayev haqqında dediklərinə cavab verib.
SİA-nın məlumatına görə, “siyasətçi” videonu öz Telegram kanalında yayımlayıb.
O xatırladıb ki, Coxar Dudayev terrorçudur, ona görə Çeçenistan xaosa sürüklənib və məhv edilib.
Əhməd Dudayev bildirib ki, Puqaçova terrorçunu tərifləməklə, döyüş əməliyyatları zamanı həlak olmuş mülki əhalinin və hüquq-mühafizə orqanları əməkdaşlarının xatirəsini təhqir edir.
...O, bütün çeçen xalqını təhqir edir. Rusiya Federasiyasına nifrət hissi aşılayaraq, bütün çeçen xalqını təhqir edərək belə təxribat xarakterli bəyanatlar verməyə özünə icazə verib.
Bunu da Əhməd Dudayev əlavə edib.
Xatırladaq ki, Puqaçova bir müddət əvvəl “Skaji Qordeyeva” (kanalın müəllifi Katerina Qordeyeva Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınır-A.B.) layihəsinə müsahibəsində general Coxar Dudayevi ağıllı və ləyaqətli insan adlandırıb və onun həyatda qalması üçün heç nə edə bilmədiyi üçün onun dul qadınından üzr istəyib.
Qeyd edək ki, o, 1991-ci ildə o, Çeçenistan-İnquşetiya prezidenti seçilib. Dudayev ilk fərmanı ilə özünü elan edən Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini bəyan etmişdi.
...Və yeri gəlmişkən, rusiyalı vəkil Aleksandr Treşçev Alla Puqaçovaya qarşı iddia qaldırıb. O, müğənnidən Coxar Dudayevə müsbət qiymət verdiyinə görə mənəvi ziyana görə 1,5 milyard rubl təzminat ödəməsini tələb edir, Baza Telegram kanalı yazır. Vəkilin sözlərinə görə, müğənni Puqaçovanın “layiqli insan” adlandırdığı çeçen separatçılarının lideri haqqında açıqlamaları və Rusiya hakimiyyətini tənqid etməsi ilə müharibə veteranlarını təhqir edib.(?)
Əli Babayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.