AZ

Ermənistan XİN başçısı Niderlanda işgüzar səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 17-18-də Niderlandda işgüzar səfərdə olacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Mirzoyan Haaqada Ermənistanın Daimi Arbitraj Məhkəməsinə qoşulmasına həsr olunmuş tədbirdə iştirak edəcək.

Ermənistan XİN başçısının niderlandlı həmkarı David van Villə, eləcə də digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Seçilən
11
13
far.az

10Mənbələr