AZ

Aİ İsraili əməliyyatları dayandırmağa çağırdı

BAKI, 16 sentyabr. TELEQRAF

"Avropa İttifaqı İsraildən hərbi əməliyyatları genişləndirməməyi tələb edir. Hərbi əməliyyat, onsuz da, fəlakətli olan humanitar vəziyyəti daha da gərginləşdirəcək və girovların həyatını təhlükəyə atacaq".

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının rəsmi nümayəndəsi Ənvər əl-Anuni bildirib.

Jurnalistlərin Avropa Komissiyası İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırımı hesab edirmi sualına Aİ rəsmisi belə cavab verib: "Aİ-nin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir. Soyqırımının törədildiyini müəyyənləşdirmək beynəlxalq məhkəmələrin işidir.
Soyqırımı faktlarla əsaslandırılmalıdır".

Sentyabrın 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində quru əməliyyatlarını genişləndirib. BMT-nin müstəqil beynəlxalq komissiyası İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırımı kimi tanıyıb.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr